Azərbaycanlı dünya çempionu koronavirusa yoluxdu

04.06.2020 11:36

Pauerliftinq üzrə üçqat dünya və üçqat Avropa çempionu Bayram Əliyev koronavirusa yoluxub.

XəzərXəbər "oxu.az”a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin mayoru olan idmançının testi pozitiv çıxıb.

Hazırda o, süni nəfəs aparatına qoşulub və müalicəsi davam etdirilir.

Bu barədə idmançının özü məlumatı təsdiqləyib.

© xezerxeber.az


269 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR