Ruslar 1 milyon təklif etdi, türklər yox dedi

04.06.2020 10:21

ÇSKA "Beşiktaş”ın hücumçusu Larini transfer etmək istəyir.

Ruslar "Beşiktaş”a rəsmi təklif də göndəriblər.

Onlar futbolçu üçün 1 milyon avro verməyə hazır olduqlarını bildiriblər. Ancaq türklər bu təklifdən imtina ediblər. amma tərəflər arasında müzakirələrin davam etdiyi bildirilir.

25 yaşlı hücumçu ötən mövsümü icarə əsasında Belçika "Sulte-Varegem”ində keçirib. Müqavilənin şərtlərinə görə, Belçika klubu iyunun sonuna qədər 2,5 milyon avro ödəsə, futbolçunu ala bilər.

Kanadlı futbolçunun "Beşiktaş”la müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub. Məlumata görə, ruslar ona ildə 1,7 milyon avro məvacib vəd ediblər.

O, Belçika çempionatında keçirdiyi 29 oyunda 7 qol vurub, 5 qol ötürməsi edib.

© xezerxeber.az


272 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR