"Barselona" 19 yaşlı yetirməsini geri qaytarmaq istəyir

03.06.2020 15:46

"Mançester Siti"nin müdafiəçisi Erik Qarsiya "Barselona"ya qayıda bilər.

ESPN xəbər verir ki, klublar arasında Nelson Semedunun transferi ilə bağlı gedən danışıqlar zamanı "Barselona" Qarsiyanın keçidinə diqqət çəkib.

19 yaşlı futbolçu "Barselona"nın yetirməsidi. Qarsiya 2017-ci ildə "Siti"nin akademiyasına qoşulub və iki il sonra əsas komandada debüt edib.

"Şəhərlilər" ispan oyunçu ilə yolları ayırmaq barədə düşünmür. Bununla belə, "Barselona" cəhdlərini dayandırmaq niyyətində deyil./fanat.az

© xezerxeber.az


212 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR