Balotelli MLS klubuna keçə bilər

03.06.2020 15:28

"Breşiya"dan göndərilməsinə qərar verilən Mario Balotelli karyerasını ABŞ-da davam etdirə bilər.

"Corriere della Sera" nəşri xəbər verir ki, MLS təmsilçisi "Los-Anceles Qalaksi" klubu 29 yaşlı hücumçunun agenti Mino Rayola ilə əlaqə saxlayıb. Əgər danışıqlar uğurlu alınsa, İtaliya millisinin üzvü okeanın o tayına köçəcək.

"Breşiya"nın prezidenti Massimo Çellino hücumçu ilə yolların ayrılacağını bəyan etmişdi. Balotelli bu mövsüm A Seriyasında 19 oyunda 5 qol vurub.

© xezerxeber.az


99 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR