Demiral yaşıl meydanlara qayıdır

27.05.2020 16:05

"Yuventus"un mərkəz müdafiəçisi Merih Demiral cari mövsümün gedişində yaşıl meydanlara qayıda bilər.

Demiral "Roma" ilə oyunda çarpaz bağlarından zədə almışdı. Onun mövsümün qalan hissəsini və Avro-2020-ni qaçıracağı gözlənilirdi. Lakin koronavirus pandemiyası ilə əlaqədar yaranan fasilə türk futbolçunun oynamaq ehtimalını artırıb.

"Tuttomercato"  xəbər verir ki, topla məşqlərə başlayan Demiral meydanlara qayıtmağa hazırlaşır. Lakin 22 yaşlı oyunçu ancaqA Seriyasında forma şansı əldə edə biləcək. "Yuve" onun adını Çempionlar Liqasının iştirak ərizəsindən çıxarıb.

Demiral cari mövsümdə 7 matçda meydana çıxıb.

Fanat.Az

© xezerxeber.az


258 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR