"Real" futbolçusunu "Milan"a göndərir

26.05.2020 18:12

"Ayntraxt"ın məşhur Ante Rebiç - Luka Yoviç tandemini müvəqqəti də olsa, "Milan"da izləyə bilərik.

"Corriere dello Sport" xəbər verir ki, "Real" Yoviçin icarə əsasında "Milan"a keçməsinə razılıq verib.

Madrid klubu ötən yay 60 milyon avro qarşılığında serb futbolçunu heyətinə qatmışdı. Cari mövsümdə 24 matçda meydana çıxan Yoviçin aktivində 2 qol var.

Fanat.Az

© xezerxeber.az


242 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR