Benites yenidən "Nyukasl"da?

25.05.2020 19:54

"Dalyan Pro"nun baş məşqçisi Rafael Benites yenidən "Nyukasl"ı çalışdıra bilər.

"The Telegraph" xəbər verir ki, Benites "Nyukasl"a qayıtmaq fikrinə düşüb. İspan mütəxəssis "sağsağanlar"ın Səudiyyə Ərəbistanı taxtının vəliəhdi Məhəmməd ibn Salmana məxsus fonda satışı rəsmiləşdikdən sonra danışıqlara başlamaq niyyətindədi.

Benitesin "Mançester Siti"nin müdafiəçisi Con Stounz və "Çelsi"nin yarımmüdafiəçisi Ross Barklini "Nyukasl"ın heyətinə cəlb etmək istədiyi bildirilir.

Bununla belə, "ağ-qaralar"ın rəhbərliyinin cari mövsümün sonuna kimi hazırkı baş məşqçi Stiv Bryusa şans verəcəyi gözlənilir.

Benites 2016-2019-cu illər aralığında "Nyukasl"ı çalışdırıb.

Fanat.Az

© xezerxeber.az


210 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR