Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

İngiltərədə onlarla futbol klubu müflis ola bilər

25.05.2020 19:02

İngiltərənin "Haddersfild” klubunun sahibi Fil Hockinson koronavirus pandemiyasının qarşıdakı mövsümlərdə maddi təsirləri ilə bağlı indidən hazırlıq görülməsinin vacibliyini vurğulayıb.

Bu barədə "HaberGlobal” məlumat yayıb.

Klub sahibi hazırlıqlar aparılmayacağı halda bir çox liqaların çökə biləcəyini qeyd edib.

50-60 klubun bu səbəbdən müflis ola biləcəyini vurğulayan Hockinson qarşıdakı mövsümlərdə stadionlara azarkeşlərin qəbul edilməməsi ssenarisinə də hazırlaşdıqlarını bildirib.

"Bəzi klubların hələlik müflis olmamasının yeganə səbəbi maaşları və borcları bir müddətlik təxirə salmalarıdır. Ancaq müəyyən vaxtdan sonra onlar ödəniş etməli olacaqlar”, - F.Hockinson deyib.

© xezerxeber.az


185 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR