"Real" Holanda görə Hakimini "qurban verməy"ə hazırdı

25.05.2020 18:49

"Real" Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holandın transferi ilə bağlı çalışmalarını davam etdirir.

AS nəşri xəbər verir ki, "Real" Holand qarşılığında Əşrəf Hakimini tam müqavilə əsasında "Borussiya"ya göndərməyə hazırdı. Madrid klubu 2022-ci ilə kimi transferi həll etmək niyyətindədi.

Hakimi Dortmund təmsilçisində icarədədi. Cari mövsümdə 25 matçda meydana çıxan mərakeşlinin aktivində 3 qol, 10 məhsuldar ötürmə var.

Bundesliqada 9 oyunda forma geyən Holand 10 qol, 2 assistlə yadda qalıb. 19 yaşlı forvardın sazişi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

© xezerxeber.az

FOTOQALERIYA






189 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR