Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Daha bir çempionat təxirə salınıb

25.05.2020 10:08

Şahmat üzrə yeniyetmə oğlanlar və qızlar arasında keçiriləcək dünya çempionatı koronavirus infeksiyası səbəbindən qeyri -müəyyən müddətə təxirə salınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Turnir Rumıniyanın Mamaya şəhərində 2020-ci ilin sentyabrın 7-dən 20-dək keçirilməli idi. Qeyd edək ki, yarış 8, 10, 12, 14, 16 və 18 yaşlı şahmatçılar arasında təşkil edilir.

Xatırladaq ki, Azərbaycan şahmatçısı Aydın Süleymanlı ötən il 14 yaşlılar arasında dünya çempionatının qalibi olub.

© xezerxeber.az


165 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR