PSJ-nin yetirməsi gənc yaşında vəfat edib

22.05.2020 16:34

PSJ-nin yetirməsi olan Cordan Diakise 24 yaşında vəfat edib.

Futbolçunun ölüm xəbərini formasını geyindiyi həvəskar klub "Furiani Alyani” açıqlayıb.

Fransa təmsilçisi Diakise ilə vida xəbərində onu hər zaman gülərüz və sevimli bir adam kimi xatırlayacaqlarını yazıb. Oyunçunun ölümünün komanda yoldaşları və klub işçilərinə ciddi təsir etdiyi vurğulanıb. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Cordan Diakise 2012-2015-ci illərdə PSJ-nin müxtəlif yaş qruplarında çıxış edib. Fransanın U-20 yığmasının sabiq üzvü İsveçrə və Xorvatiyada legioner həyatı da yaşayıb.

© xezerxeber.az


190 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR