Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Jorjinyonun agentindən "Yuventus" açıqlaması

21.05.2020 14:40

"Çelsi"nin futbolçusu Jorjinyonun agenti Joao Santos müştərisinin "Yuventus"a keçəcəyi ilə bağlı iddia edilən xəbərlərə münasibət bildirib.

O, Turin təmsilçisinin nümayəndələri ilə əlaqə saxlamadığını deyib:

"Yuventus" Avropanın ən yaxşı klublarından biridir və hər futbolçu bu komandada oynamaq istəyər. Ancaq Turin klubunun idman direktoru Fabio Paratiçi ilə danışmamışam. Jorjinyonun "Çelsi" ilə 3 illik müqaviləsi var. Londonda işlər yaxşı gedir. Mən də bu barədə qəzetlərdə görmüşəm".

İtaliya millisinin üzvü olan 28 yaşlı yarımmüdafiəçibu mövsüm 37 oyunda 7 qol vurub, 2 assist edib.

© xezerxeber.az


91 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR