Nəhəng İstanbul planı - UEFA Çempionlar Liqasını belə yekunlaşdıracaq

21.05.2020 09:53

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA ) 17 iyunda konfransı baş tutacaq.

Konfransın əsas gündəm maddələrindən biri Çempionlar Liqasının İstanbulda keçirilməsi planlaşdırılan 4-lü Final olacaq.

Çempionlar Liqasında yarımfinal və final mərhələlərini tamaşaçısız meydanda matç keçirməklə tamamlamaq istəyən UEFA 29 avqustda finalın keçiriləcəyi İstanbulda ¼ final və yarımfinal mərhələlərini də reallaşdırmağı müzakirə edir.

Bundan başqa, UEFA prezidenti Aleksandr Çeferin "Lyon” klubunun prezidenti Aulasa ünvanladığı məktubda milli liqaların başa çatdırılması üçün 4 avqust tarixini son tarix kimi göstərməyin tövsiyə xarakterli olduğunu bildirib.

© xezerxeber.az


93 dəfə oxunub

XƏBƏRLƏR

24.05.2020 20:41

Ot bahalaşıb - VİDEO

ÇOX OXUNANLAR