"Yuventus" və "Mançester Yunayted"in Raul savaşı

18.05.2020 15:46

"Vulverhempton"un hücumçusu Raul Ximenes ən yaxın transfer dönəmində "canavarlar"dan ayrıla bilər.

"The Times" nəşri xəbər verir ki, 29 yaşlı hücumçu ilə "Mançester Yunayted" və "Yuventus" maraqlanır.

Turin təmsilçisi meksikalı hücumçunu Qonsalo İquainin əvəzinə almaq istəyir. "Qırmızı şeytanlar" isə mərkəz hücumçusu axtarır və boşluğu Ximenes ilə doldurmaq fikrindədir.

Məlumata görə, "Vulverhemtpon" Raulu yüksək qiymətə satmağa hazırdır.

Ximenes bu mövsüm Premyer Liqada 29 oyun keçirib, 13 qol vurub və 6 assist edib.

© xezerxeber.az


156 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR