"Milan" Zlatan İbrahimoviçlə bağlı qərarını açıqlayıb

01.04.2020 15:48

"Milan"ın hücumçusu Zlatan İbrahimoviçin taleyinə aydınlıq gəlib.

"Rossonyerlər" veteran forvardla yollarını ayırmağı qərara alıb.

Komandaya lider olmaq üçün qayıdan isveçli superulduz rəhbərliyin bu qərarından məyusdur. Zlatan qalmaq istəsə də, baş direktor İvan Qazidis fərqli plan qurub. A seriyası təmsilçisi 39 yaşlı forvardın mövsümün sonuna qədər olan müqavilə müddətini yeniləməyəcək.

Qeyd edək ki, İbrahimoviç "Milan"a bu ilin yanvarında keçib. O, "rossonyerlər"in heyətində 8 oyunda 3 qol vurub.

© xezerxeber.az


142 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR