Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İtaliya A Seriyası yenidən təxirə salındı

30.03.2020 13:35

İtaliya A Seriyasının oyunlarının bərpa müddəti koronavirus pandemiyasına görə uzadılacaq.

Bu barədə yerli mətbuata açıqlamasında ölkənin idman naziri Vinçentso Spadafora bildirib. Onun sözlərinə görə, çempionat təxirə salındığı vaxtda - mayın 3-də başlamayacaq.

Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də dayandırılıb. 26 turdan sonra turnir cədvəlinə 63 xalla "Yuventus" başçılıq edir.

© xezerxeber.az


105 dəfə oxunub

ÇOX OXUNANLAR