Fatih Terimin köməkçilərindən açıqlama: “Biz koronavirusa yoluxmamışıq”

24.03.2020 12:21

"Qalatasaray”ınköməkçi məşqçiləri Ümit Davala və Hasan Şaşın koronavirusa yoluxması təsdiqlənməyib.

Gənc mütəxəssislərin, eyni zamanda futbolçuların testi mənfi nəticə verib.

Hazırda karantində olan "Qalatasaray”ın məşqçilərinin koronavirusa yoluxmadıqları bildirilir. Ümit Davala sosial şəbəkədəki profilindən "Koronavirus testimin müsbət çıxmasına dair xəbərlər həqiqəti əks etdirmir”, – deyə bildirib.

Hasan Şaş isə paylaşımında "Olduqca yaxşıyam. Testlərim normal çıxdı. Yeni uğurlarda görüşərik”, – deyə qeyd edib.

Qeyd edək ki, "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisiFatih Terim koronavirus xəstəliyinə yoluxub.

***

"Qalatasaray” futbol klubundadaha üçnəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

"Haber Global”ın məlumatına görə, komandanın iki məşqçisi və bir oyunçusunda koronavirusa yoluxma təsdiqlənib. Onlar ÜmitDavala, Hasan Şaş və hələlik adı açıqlanmayan bir futbolçudur.

Məlumatda hər üçünün artıq karantinə alındığı deyilir.

Xatırladaq ki, bundan öncə"Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrakda və baş məşqçiFatih Terimdə koronavirus aşkarlanmışdı.

© xezerxeber.az


108 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR