Ronaldonun testinin nəticəsi açıqlandı

23.03.2020 09:43

"Yuventus”un hücumçusu Kriştiano Ronaldo koronavirus testindən keçib.

Portuqaliyalı futbolçunun testinin nəticəsi mənfi olub və onda virus aşkarlanmayıb.

Qeyd edək ki, Ronaldo hazırda Madeyra adasındakı villasında karantindədir. Onun "Yuventus”da komanda yoldaşı olan Daniel Ruqani, Blez Matyuidi və Paulo Dibala koronavirusa yoluxub.

© xezerxeber.az


108 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR