Xokkey üzrə dünya çempionatı ləğv olundu

22.03.2020 09:57

Mayın 8-də İsveçrədə start götürməli olan xokkey üzrə dünya çempionatı koronavirus pandemiyası ilə əlaqədar ləğv olunub.

Bununla əlaqədar Beynəlxalq Xokkey Federasiyası qərar qəbul edib. Səbəb kimi təşkilatçı ölkədə xəstəliyə yoluxanların sayının sürətlə artması göstərilib. Mundial mayın 24-dək davam etməli idi.

Hazırda dünyada xokkey turnirlərinin çoxu dayandırılıb.

COVID-19 2019-cu ilin sonlarında Çinin Uрan şəhərində qeydə alınıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliyi pandemiya elan edib. Son məlumatlara əsasən, koronavirusla əlaqədar10mindən çox insan dünyasını dəyişib./publika.az

© xezerxeber.az


77 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR