“Real”ın hücumçusu Serbiyada həbs oluna bilər

21.03.2020 10:48

Madridin "Real” klubunun serbiyalı hücumçusu Luka Yoviç koronavirusun yayılması fonunda doğma ölkəsində yeridilmiş karantinlə əlaqədar xoşagəlməz vəziyyətə düşüb.

İdmançı rəfiqəsinin ad günündə iştirak etmək üçün Madriddə iki həftəlik məcburi karantin keçmədən Serbiyaya qayıdıb. Buna görə də, o, evini tərk edəcəyi təqdirdə həbs edilə bilər.

Bu barədə "Marca” Serbiyanın Prezidenti Aleksandr Vuçiçə istinadən xəbər verir.

"Düşünürəm ki, o, gördüyü işdən təəssüflənir, lakin Yoviçə vətəndaşlarımızın həyatının onun milyonlarından daha vacib olduğunu bildirmişəm”, - deyə Prezident qeyd edib.

Yoviç isə vətənində bu cür sərt karantin qaydalarının olduğunu bilmədiyini deyib./oxu.az

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR