Rafael Ağayev lisenziya QAZANDI

29.02.2020 12:28

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov məlumat verib.

Onun sözlərinə görə, Karate1 Premyer Liqa turnirinin ilk günündən sonra xallar hesablandıqdan sonra Ağayev olimpiadaya vəsiqəni rəsmiləşdirib: "Normalda bunun üçün Ağayev Karate1 Premyer Liqa turnirində 3 qələbə qazanmalı idi. Amma dünənki nəticələrdən sonra onun aktivinə 210 xal yazılıb. Nəticədə, azərbaycanlı karateçi ən yaxın izləyiciləri üçün əlçatmaz olub. Məşqçilər də bu xəbəri təsdiqləyiblər".

Qeyd edək ki, bu, karate yarışlarda Tokio-2020-ə 2-ci lisenziyadır. Daha əvvəl qadın idmançı İrina Zaretska Dubaydakı Premyer Liqa yarışından sonra olimpiadaya lisenziya qazanmışdı.


© xezerxeber.az

FOTOQALERIYA






158 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR