Kevin De Bruyne "Mançester Siti"dəki gələcəyindən danışdı

28.02.2020 14:33

Bəzi futbolçuların UEFA-dan 2 illik cəza alan "Mançester Siti"dən ayrılacağı barədə iddialar yayılmışdı. Komandanın yarımmüdafiəçisi Kevin De Bruyne gələcəyi haqda danışıb.

28 yaşlı yarımmüdafiəçi "şəhərlilər"dən ayrılmayacağını deyib: "Mançester Siti"də xoşbəxtəm. Burda ayrılmaq istəmirəm. Əgər komandada qalsam, buna şad olaram".

"Mançester Siti" "Genk"in yetirməsini 2015-ci ildə "Volfsburq"dan 76 milyon avroya transfer edib. Belçikalı futbolçu bu mövsüm 34 oyunda 9 qol vurub, 20 assist edib.

© xezerxeber.az


140 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR