"Beşiktaş"ın futbolçusu "Vest Hem"in hədəfində

26.02.2020 13:02

"Beşiktaş"ın müdafiəçisi Domaqoy Vida yeni mövsümdən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Xorvat futbolçu "Vest Hem"in transfer hədəfindədir. London təmsilçisinin mövsümün sonunda İstanbul klubu ilə danışıqlar aparacağıq gözlənilir.

Maliyyə problemləri yaşayan "qara qartallar"ın 30 yaşlı futbolçunu satmağa hazır olduğu bildirilir.

Vida 2018-ci ildə Kiyev "Dinamo"sundan "Beşiktaş"a keçib.

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR