Yurgen Klopp İtaliyada çempionluğunu arzuladığı komandanı açıqladı

18.02.2020 17:34

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İtaliya A Seriyasındabu mövsüm çempionluğunu istədiyi komandanı açıqlayıb.

Alman mütəxəssis "Latsio"nu favorit hesab edib:

"Latsio"nu xüsusi qeyd edərdim. Bu komandadasabiq futbolçumuz Lukas Leyva çıxış edir. Çiro İmmobile "Borussiya"da rəhbərliyim altında oynayıb. Buna görə də "Latsio"nu dəstəkləyirəm. Maurisio Sarri üçün üzülürəm, amma İtaliyada mövsümün komandası "Latsio"dur".

A Seriyada 24 turdan sonra "Yuventus" 57 xalla liderdir. 56 xalı olan "Latsio" 2-ci pillədə qərarlaşıb.

© xezerxeber.az


122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR