Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Kolumbiyanın səfiri: Azərbaycanda idmana böyük diqqət göstərilir

16.02.2020 15:21

Azərbaycanda idmana böyük diqqət göstərilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarını izləyən Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas deyib.
Səfir batut gimnastikası və tamblinq üzrə dünya kubokunda iştirak edən Kolumbiya nümayəndə heyətinin nümayəndələri ilə görüş keçirdiyini bildirib: "İdmançılarımız Azərbaycanda yaradılan şəraitdən məmnun qalıblar. Yarışların gözəl şəkildə təşkili ilə əlaqədar Azərbaycanı təbrik edirəm”.

Luis Antonio Dimate Kardenas deyib ki, Bakıdakı gimnastika arenası geniş və gözəldir, onun imkanları heyrətamizdir. İstəyirəm, hər ölkənin oxşar meydançaları olsun.

Xatırladaq ki, iki gün davam edəcək dünya kuboku yarışlarında 30 ölkədən 150-dək gimnast mübarizə aparır. Yarış Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

© xezerxeber.az


253 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR