Kariusun "Beşiktaş" kitabı bağlandı

21.01.2020 17:36

"Beşiktaş" mövsümün sonunda icarə müqaviləsi başa çatacaq Loris Kariusla bağlı qərar verib.

İstanbul təmsilçisi müqavilə ilə "Liverpul"a məxsus olan qapıçını transfer etmək və ya yenidən icarəyə götürmək fikrində deyil.

Super Liqanın 18-ci turunda "Sivasspor"la matçdakı zəif çıxışıklub rəhbərliyinin belə qərar verməsinə səbəb olub.Bu səbəbdən də Karius yayda "Liverpul"a qayıtmaq məcburiyyətində qalacaq. "Beşiktaş" Kariusu 8 milyon avroya transfer etmək hüququna sahibdir.

26 yaşlı qolkiperin mersisaydlılarla müqaviləsi 2021-ci ilin yayında başa çatır. 2018-ci ildən "Beşiktaş"da çıxış edən Karius komandada 58oyun keçirib. "Liverpul" 2016-cı ildə "Maynts"dan 7,5 milyon avro qarşılığında transfer etdiyi qolkiperi gələcək planlarında görmür.

© xezerxeber.az


127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR