"Real Madrid" 18 yaşlı futbolçuya 35 MİLYON ÖDƏDİ

21.01.2020 16:13

"Real” Braziliyanın "Flamenqo” klubunun yarımmüdafiəçisi Reyniri transfer edib.

Bu barədə Braziliya təmsilçisinin saytı məlumat yayıb. Madrid klubu bu keçid üçün 35 milyon avro təzminat ödəyib. Daha 5 milyon avro isə 17 yaşlı oyunçunun agentinə çatıb. Gənc futbolçu ilə uzun müddətli müqavilə imzalanıb.

Transfer ötən həftə tamamlansa da, futbolçunun yanvarın 19-u 18 yaşının tamam olmasına görə, keçid bu gün açıqlanıb. "Real" FIFA-nın sanksiyası ilə üz-üzə gəlməmək üçün bir qədər gözləməli olub.

Reynir Xesus Karvalyo "Flamenqo"nun yetirməsidir.

© xezerxeber.az


193 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR