"Mançester Yunayted"də Reşford şoku

20.01.2020 16:21

"Mançester Yunayted"in hücumçusu Markus Reşfordun son durumuna aydınlıq gəlib.

İngilis hücumçu ən azı 1,5 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə komandanın baş məşqçisi Ole Qunnar Suşayer məlumat verib.

22 yaşlı oyunçu "Vulverhempton"la İngiltərə FA kubokunda keçiriləcən matçda sıradan çıxmışdı.

Reşford bu mövsüm 31 oyunda 19 qol vurub.

© xezerxeber.az


118 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR