Kriştiano Ronaldo “Yuventus”da dekabrın ən yaxşı futbolçusu seçilib

17.01.2020 20:31

İtaliyanın "Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo Turin komandasında dekabr ayının ən yaxşı futbolçusu seçilib.

Xezerxeber.az xəbər verir ki, 34 yaşlı portuqaliyalı hücumçu ötən ay 6 oyuna 6 qol vurub. Ronaldo İtaliya A Seriyasında "Sassuolo”, "Latsio”, "Sampdoriya” klubları ilə oyunda 1, "Udineze” ilə matçda isə 2 qol vurub. UEFA Çempionlar Liqasında isə "Bayer Leverkuzen”lə oyunda bir dəfə fərqlənib.

Qeyd edək ki, portuqaliyalı hücumçu cari mövsümdə "Yuventus”un heyətində keçirdiyi 23 oyunda 16 qol vurub və 2 məhsuldar ötürmə edib.

© xezerxeber.az


162 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR