Asmir Beqoviçin "Milan"dakı qazancı müəyyənləşdi

17.01.2020 14:37

İngiltərənin "Bornmut" klubu mövsümün ilk yarısını Azərbaycan çempionu "Qarabağ"da keçirən Asmir Beqoviçi bu dəfə İtaliyanın "Milan" klubuna icarəyə verdi.

Bosniyalı qolkiper "qırmızı-qaralar"la iyunun 30-na qədər müqavilə imzalayıb. Onun bu müddət ərzindəki qazancı 500 min avro olacaq.

Komandanın digər yeni transferi Zlatan İbrahimoviçlə də mövsümün sonuna qədər müqavilə bağlanılıb. 38 yaşlı Bosniya və Herseqovina əsilli isveçli forvardın bu müddət ərzində qazancı 3,5 milyon avro olacaq.

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR