"Mançester Yunayted" "Ayaks"ın ulduzunu transfer edir

15.01.2020 15:56

"Mançester Yunayted" qış transfer pəncərəsi dövründə heyətini daha bir futbolçu ilə gücləndirmək niyyətindədir.

"Qırmızı şeytanlar" "Ayaks"ın gənc ulduzu Doni Van de Bek üçün qarşı tərəflə təmasa keçib. Klub nümayəndələrinin futbolçunun meneceri ilə artıq görüşdüyü də yazılır. 22 yaşlı hollandiyalı futbolçunun keçidi üçün "Yunayted"in "Ayaks"a nə qədər məbləğ təklif etdiyi hələlik açıqlanmır.

Qeyd edək ki, İngiltərə təmsilçisi Van de Bekdən əlavə "Aston Villa"dan Cek Qreliş və "Lester"dən Ceyms Maddisonla da yaxından maraqlanır.

© xezerxeber.az


125 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR