Kristian Eriksenin keçəcəyi klub bəllidir

15.01.2020 15:48

"Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen "İnter"lə ortaq məxrəcə gəlib.

27 yaşlı futbolçu "neradzurra"nın təklifini qəbul edib.Danimarka millisinin üzvü İtaliyaya yollanmaq üçün müqavilə müddətinin sonunu - yəni mövsümün axırını gözləmək istəmir. "İnter" də onu bu ay heyətinə qatmaq niyyətindədir. Bu səbəbdən milanlılar qarşı tərəfə 10 milyon avro təklif edib. Londonlular isə 20 milyon avro tələb edirlər.

Transfer reallaşsa, Eriksenin "İnter"də illik məvacibi 7,5 milyon avro olacaq.

© xezerxeber.az


107 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR