Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Antonio Konte keçmiş futbolçusunu istəyir

15.12.2019 18:56

İtaliya A Seriyasında "Yuventus"un hegemonluğuna son qoymaq istəyən "İnter" qış fasiləsində bir neçə transferlə heyətini güclədnirmək istəyir.

Komandanın baş məşqçisi Antonio Konte "Çelsi"də rəhəbərliyi altında oynamış Markos Alonsonun transfer edilməsini istəyir. Sol cinahda problemlər olduğunu düşünən italiyalı mütəxəssis Alonso ilə boşluğu aradan qaldırmaq fikrindədir.

Milan təmsilçisi baş məşqçinin tələbi ilə "Çelsi" ilə danışıqlar aparacaq. "Çelsi"də az şans qazanan 29 yaşlı futbolçunun yenidən İtaliyaya qayıtmaq arzusunda olduğu bildirilir.

"Çelsi" ispan müdafiəçini 2016-cı ildə 27 milyon avroya "Fiorentina"dan transfer etmişdi.

© xezerxeber.az


151 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR