"Liverpul" Kloppun müqaviləsini uzatdı

13.12.2019 18:27

İngiltərənin "Liverpul" klubu baş məşqçisi Yurgen Kloppla yeni müqavilə imzalayıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, alman mütəxəssisin müqaviləsi 2024-cü ilin yayına qədər uzadılıb.

52 yaşlı mütəxəssis 2015-ci ildən "qırmızılar"ı çalışdırır. Mersisaydlılar ötən mövsüm Kloppun rəhbərliyi altında 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.

"Liverpul" Premyer Liqada 16 turdan sonra 46 xalla turnir cədvəlinə başçılıq edir.

© xezerxeber.az


169 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR