“Napoli” Karlo Ançelottini istefaya göndərib

11.12.2019 09:51

İtaliyanın "Napoli” klubu baş məşqçisi Karlo Ançelotti istefaya göndərilib.

Komanda bunu rəsmi tvitter səhifəsi vasitəsi ilə açıqlayıb.

Bildirilir ki, "Napoli” prezidenti ilə Ançelotti arasında danışıqlardan sonra belə qərar qəbul edilib və müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

Təcrübəli mütəxəssisin komandası Çempionlar Liqasının VI turunda Belçika "Genk”inə 4:0 hesabı ilə qalib gəlməklə, 1/8 finala yüksəlib.

Qeyd edək ki, Ançelotti 2018-ci ilin mayında "Napoli” ilə 3 illik anlaşmaya imza atmışdı.

© xezerxeber.az


127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR