“Qalatasaray” PSJ ilə oyuna 3 itki ilə çıxacaq

10.12.2019 16:58

"Qalatasaray” Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda PSJ ilə qarşılaşacaq.

Türkiyə təmsilçinin saytı xəbər verir ki, "Qalatasaray”ın PSJ ilə oyun üçün Fransaya yollanan heyətində Rayan Babel, Sofyan Fequli və Adem Böyük yer almayıb. Hər üç futbolçunun zədə səbəbindən Paris təmsilçisi ilə matçı buraxmalı olacağı bildirilib.

PSJ – "Qalatasaray” matçı sabah saat 00:00-da keçiriləcək.

© xezerxeber.az


412 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR