Kovaç "Arsenal"da işləmək istəyir

10.12.2019 16:52

"Bavariya”nın sabiq baş məşqçisi Niko Kovaç "Arsenal”ı çalışdıra bilər. O, özü bu posta keçməkdə maraqlıdı.

İngiltərə mətbuatı xəbər verir ki, artıq xorvatiyalı mütəxəssisin nümayənədələri "Arsenal” rəhbərliyi ilə əlaqə qurub.

"Bavariya” Bundesliqada "Ayntraxt”a məğlubiyyətdən sonra noyabrın 3-də Kovaçı istefaya göndərmişdi.

© xezerxeber.az


147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR