"Everton" üçün köhnə tanış

07.12.2019 16:25

"Everton"da boş qalan baş məşqçi postuna əsas namizəd məlum olub.

Liverpul təmsilçisinin "sükan”ı yenidən Devid Moyesə tapşırıla bilər.

Bu barədə Britaniya mətbuatının yaydığı xəbərdə "Everton" rəhbərliyinin daha əvvəl komandada çalışan 56 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirmək istədiyi bildirilir.

Son klubu "Vest Hem" olan Moyes hazırda işsizdir.

İngiltərə Premyer Liqasında 15 turdan sonra 18-cı sırada yer alan Mersisayd təmsilçisi son 20 ildə ilk dəfə autsayderlər qrupunda qərarlaşıb.

© xezerxeber.az


160 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR