Məşhur futbolçu 3-cü dəfə əməliyyat olundu

06.12.2019 09:54

"Yuventus"un yarımmüdafiəçisi Sami Xedira bir müddət meydana çıxa bilməyəcək.

32 yaşlı futbolçu sol dizindən əməliyyat olunub.

Əməliyyatın uğurlu keçdiyi bildirilib. Lakin Xediranın tam sağalması üçün üç ay vaxt lazım olduğu açıqlanıb.

Qeyd edək ki, Almaniya millisinin üzvü bu ilin fevral ayında ürəyindən, aprelində isə sağ dizindən əməliyyat olunmuşdu.

© xezerxeber.az

FOTOQALERIYA






258 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR