"Milan"ın Merih Demiral planı

14.11.2019 20:47

"Milan"ın qış transfer pəncərəsi zamanı əsas hədəfi bəlli olub.

"La Gazzetta dello Sport" xəbər verir ki,"rossoneri" "Yuventus"un müdafiəçisi Merih Demiralı heyətinə qatmaq istəyir.

Arxa xətdə boşluqları olan Milan klubu Türkiyə millisinin üzvünün Turin təmsilçisində heyətə düşməməsindən yararlanmaq niyyətindədi. "Qırmızı-qaralar" Demiral üçün böyük məbləğ ödəməyə hazırdı.

"Milan" yayda da türk futbolçunu heyətinə qatmaq istəmiş, ancaq "Yuventus" 40 milyonluq təklifi geri çevirmişdi.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR