"Real Madrid" TÜRK FUTBOLÇU üçün hərəkətə keçdi - Zidanın "radarına" düşüb

14.11.2019 10:34

"Real Madrid” klubu Türkiyə millisi və "Lille”nin istedadlı futbolçusu Yusuf Yazıcının (22) xidmətində maraqlıdır.

Klub skautlarını AVRO-2020 seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə - İslandiya milli matçına Yazıcını izləmək üçün göndərib.

Mövsümün əvvəlində "Trabzonspor”dan 16,5 milyon avro qarşılığında transfer olan Yusuf Zinəddin Zidanın "radar”ına düşüb.

Transfer etdiyi ulduz futbolçulardan faydalana bilməyən Zidanın hücum xəttinə yaradıcılıq qatmaq üçün hazırladığı siyahının başında Yazıcının olduğu bildirilir.

Türk futbolçu daha əvvəl açıqlamalarında La Liqda oynamaq istədiyini açıqlamışdı.Buna görə də onun transfer məsələsinə müsbət baxacağı gözlənilir.

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR