Vengerin adını qoydu, indi "Barselona"da parlayır

12.11.2019 15:43

Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavinin oğlu Arseni gözlənilmədən gündəmə gəlib.

38 yaşlı veteran hücumçunun oğlu "Barselona"nın akademiyasında oynayır. Arşavin "Arsenal"da rəhbərliyi altında oynamış Arsen Vengerin adına uyğun olaraq, övladına Arseni adını verib.

Arseni ötən həftə akademiyada öz yaşıdları arasında həftənin ən yaxşı oyunçusu seçilib.

Arşavin 2009-cu ildə "Zenit"dən "Arsenal"a 16,5 milyon avroya transfer olmuşdu. O, 3,5 mövsüm Arsen Vengerin rəhbərliyi altında oynayıb.

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR