Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

“Barselona”nın baş məşqçisi postunda Valverdeni o əvəzləyə bilər

08.11.2019 15:53

"Barselona”nın baş məşqçisi Ernesto Valverdinin komandadan gedəcəyi tarix müzakirə obyektidir. İspaniya mətbuatının yazdığına görə, bu mövsümün sonu Valverde "Barselona” ilə yollarını ayıracaq.

Baş məşqçinin yerinə əsas namizəd kimi Hollandiya millisinin çalışdırıcısı Ronald Kuman göstərilir.

Əvvəllər Kumanın Hollandiya millisini Avro 2020-dən sonra tərk edəcəyi də deyilirdi.

Qeyd edək ki, Kuman əvvəllər "Barselona”nın heyətində oyunçu kimi çıxış edib. O, komanda ilə 4 dəfə İspaniya çempionatını, UEFA Çempionlar Kubokunu, İspaniya Kubokunu və UEFA Superkubokunu qazanıb.

© xezerxeber.az


222 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR