APOEL və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb

07.11.2019 20:58

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin üçüncü turu çərçivəsində APOEL - "Qarabağ” klubları arasında noyabrın 7-də keçiriləcək qarşılaşma üçün komandaların start heyətləri açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, Kiprin Nikosiya şəhərindəki "GSP Arena”da keçiriləcək görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Dani Kintana, Zubir və Araz Abdullayev yer alıblar.

APOEL-in heyətində isə meydana Beleç, Saviç, Merkis, Vuros, Ynnu, Matiç, Qendzoğlu, Lukas Souza, Mixayloviç, Xallenius və Pavloviç çıxacaqlar.

A qrupunun digər oyununda Lüksemburqun "Düdelanj” klubu səfərdə İspaniyanın "Sevilya” komandası ilə görüşəcək.

Üç turdan sonra aktivində 9 xal olan "Sevilya” qrupda liderlik edir. "Qarabağ” 4 xalla ikinci, "Düdelanj” isə 3 xalla üçüncü yerdə qərarlaşıb. Qrupda sonuncu sırada yer alan APOEL-in 1 xalı var.

© xezerxeber.az

FOTOQALERIYA






110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR