19 yaşlı futbolçu üçün 100 milyon istədilər - Atasından açıqlama

07.11.2019 16:05

"Real", "Barselona", "Atletiko", "Mançester Siti", "Mançester Yunayted", "Çelsi", "Arsenal", "Bavariya", "Yuventus" kimi dünya nəhəngləri başda olmaqla 20 klubun istədiyi Erlinq Halandın transfer qiyməti müəyyənləşib.

"Zalsburq" 19 yaşlı futbolçu üçün 100 milyon avro tələb etdiyi bildirilir. Avstriya klubu gənc ulduzunu bundan ucuz qiymətə satmaq niyyətində deyil.

İddialarla bağlı açıqlama verən futbolçunun atası Alf-İnge Haland bunları deyib: "Bu kimi xəbərlər tez-tez çıxır. "Zalsburq" əla klubudu və Çempionlar Liqasında çıxış edir. Bu klub keçmişdə də belə futbolçular yetişdirib. Əgər gələcdə də bu kimi oyunçuları heyətində görmək istəyirsə, belə bir axmaq transfer haqqı istəməz. Əks halda kimsə bu kluba gəlməz".

Oğlu kimi futbolçu olan, İngiltərədə "Nottingem Forest", "Lids və "Mançester Siti"nin formasını geyinən Alf-İnge Haland maraqlı açıqlamalar verib. O, oğlunun da Premyer Liqada oynamaq istədiyini bildirib: "Oğlum "Nottingem Forest", "Lids və "Mançester Siti" azarkeşidi. Mənim yolumdan getmək istəyir. Gəncliyində məni ideal semçəsi normaldı. Bir klubu dəstəkləməklə, orda oynamağın fərqi çoxdu. Bir gün Premyer Liqada oynamaq istədiyini bilirəm, amma gələcəkdə nələrin olacağını bilmirəm. Premyer Liqa çətin çempionatdı".

Qeyd edək ki, Haland 2000-ci ilin 21 iyulunda İngiltərənin Lids şəhərində doğulub. O, 2009-cu ildə Norveçin "Molde" klubundan "Zalsburq"a 5 milyon avroya transfer olunub. Cari mövsümdə Avstriya klubunun heyətində 17 oyun keçirən futbolçu 23 qol vurub və 6 məhsuldar ötürmə edib. O, hazırda Çempionlar Liqasının (4 oyun, 7 qol) və Avstriya Bundesliqasının (11 oyun, 12 qol) bombardirlər yrışına başçılıq edir.

Haland Norveçin bütün aşağı yaş qrupları üzrə yığmalarında çıış edib. Bu ildən əsas milliyə çağırınlan 19 yaşlı forvard 2 oyunda meydana çıxıb.

Fanat.Az

© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR