Niko Kovaç istefaya göndərildi

04.11.2019 12:59

Almaniyanın "Bayern" klubu baş məşqçisi Niko Kovaçı istefaya göndərib.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Münhen klubunun rəhbərliyi komandanın Bundesliqanın 10-cu turunda "Ayntraxt"a 1:5 hesabı ilə uduzmasından sonra xorvatiyalı mütəxəssislə yolları ayırmağaqərarverib.

Kovaç 2018-ci ildən "Bayern"i çalışdırırdı.

© xezerxeber.az


82 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR