Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İngiltərədə Merih Demiral yarışı

02.11.2019 15:44

"Yuventus” türkiyəli müdafiəçisi Merih Demiralla İngiltərə Premyer Liqasından maraqlanan klublar var.

"Bleacher Report” xəbər verir ki, Turin klubunda əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu ilə "Arsenal" və "Mançester Yunayted" maraqlanır.

Hər iki klub qış fasiləsində "Yuventus"a təklif göndərəcək.

Türkiyə millisinin üzvü bu mövsüm "Yuventus”da bir oyun keçirib. Turin klubu yayda Demiral üçün gələn 40 milyon avroluq təklifi qəbul etməmişdi.

"Fənərbaxça”da yetişən 21 yaşlı futbolçu "Sportinq” (Lissabon), "Alanyaspor” və "Sassuolo” klublarında da çıxış edib. "Yuventus” Türkiyə yığmasında 10 matç keçirən oyunçunu bu yay "Sassuolo”dan 18 milyon avroya transfer edib.

© xezerxeber.az


96 dəfə oxunub

XƏBƏRLƏR

18.11.2019 16:34

Süd idxalı azalıb

ÇOX OXUNANLAR