İtaliya klubunun baş məşqçisi istefaya göndərilib

22.10.2019 16:18

İtaliyanın "Cenoa” klubunda baş məşqçi istefası gerçəkləşib.

Genuya təmsilçisi baş məşqçi Aurelio Andreatsolini vəzifəsindən kənarlaşdırıb.

Buna komandanın uğursuz nəticələri səbəb olub. "Cenoa” A seriyasının 8 turundan sonra 5 xalla 19-cu pillədə qərarlaşıb.

Klub yeni baş məşqçinin yaxın müddətdə müəyyənləşəcəyini açıqlayıb. Hələ istefadan əvvəl bu vəzifəyə Massimo Karrera və Tyaqo Mottanın adı namizəd göstərilirdi.

© xezerxeber.az


107 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR