İbrahimoviçdən transfer açıqlaması: Klubun adını dedi

20.10.2019 15:05

Karyerasını ABŞ-ın "Los Anceles Qalaksi" klubunda davam etdirən Zlatan İbrahimoviç yenidən İtaliyada oynaya bilər.

İsveçli ulduz bu barədə "La Gazzetta dello Sport"a müsahibəsində deyib.

"Dünyada bir Zlatan İbrahimoviç var və biri daha olmayacaq" deyən 38 yaşlı futbolçu yanvarda təklifləri dəyərləndirəcəyini bildirib: "Hələ də ilk gündəki arzuma sahibəm. İtaliya mənim ikinci evimdi və yanvarda bütün təklifləri dəyərləndirəcəm. Ancaq sırf İbrahimoviç olduğum üçün bir klubla müqavilə imzalamayacam. Mən zooparkda sərgilənən heyvar deyiləm. Hələ də fərq yarada biləcəyimə və A Seriyasında 20 qol vuracağıma inanıram".

O, oynamaq istədiyi klubun adını da açıqlayıb. Dieqo Maradona ilə bağlı son sənədli filmi izlədəyini deyən İbrahimoviç "Napoli şəhərinin ona olan sevgisini düşününcə, orda oynamağın mənim üçün möhtəşəm bir təcrübə olacağını düşündüm. Dieqonun orda bacardıqlarını təkrarlamaq fantastik olar. Yalnış başa düşməyin, "Napoli"yə keçəcəyimi demirəm. Son qərarımı bir çox faktoru nəzərə alaraq verəcəm" deyib.

Qeyd edək ki, İbrahimvoçi karyerası ərzində İsveçin "Malmö", Hollandiyanın "Ayaks", İtaliyanın "Yuventus", "İnter", "Milan", İspaniyanın "Barselona", Fransanın PSJ və İngiltərənin "Mançester Yunayted" klublarında çıxış edib. Onun "Los Anceles Qalaksi" ilə müqaviləsi ilin sonunda bitəcək.

Fanat.Az

© xezerxeber.az


150 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR