“Region Liqası”nın 2019/2020-ci il mövsümünün püşkü atılıb - FOTO

19.10.2019 13:12

Futbol üzrə "Region Liqası”nın 2019/2020-ci il mövsümünün püşkü atılıb.

Xezerxeber.az xəbər verir ki, püşkatma mərasimi 4 şəhərdə - Bakıda AFFA Futbol Akademiyasında, Mingəçevirdə Gənclər evində, Ağsuda şəhər stadionunda və Lənkəranda isə Olimpiya İdman Kompleksində keçirilib.

Liqanın oyunlarına oktyabrın 26-da və 27-də start veriləcək.

Püşkə əsasən birinci turda paytaxt və Şimal regionu üzrə "Şahdağ Quba”- "Şirvanovka”, "Uğur Sumqayıt”-"Qardaşlar”, "Xudat”-"Şahdağ Qusar”, "Qusar”-"İrəvan”, Mərkəz regionu üzrə "Şamaxı”-"İmişli”,

"Ağsu Siti”-"Araz Saatlı”, Cənub regionu üzrə "Ümid Cəlilabad”-"Alyans”, "TST-Astara”-"Şıxlar Qobustan”, "Ərkivan”-"Neftçala”, Şimal-Qərb və Qərb regionu üzrə "Energetik”-"Oğuz” və "Şəki”-"Göyəzən” görüşləri keçiriləcək.

© xezerxeber.az

FOTOQALERIYA






197 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR